İdeal burun necə olmalıdır?

Əslində standart bir ideal burun anlayışı yoxdur. İdeal burun cəmiyyətlərin sosial-mədəni və etnik quruluşundan asılı olaraq fərqlənə bilər.Buna yaş və cinsiyyətidə əlavə etmək lazımdır. Hər nə qədər standart bir ideal görünüm anlayışı olmasada canlılarda və insan bədənində “qızıl nisbət”(1,618) adlanan yaxın görütülər daha gözəl və estetik olaraq qəbul olunur. Üzümüz və burnumuzda qızıl nisbətlər vardır. Məsəlçün : Ağız genişliyi və burun uzunluğu ilə burun proyeksiyasının nisbəti “qızıl nisbətə” uygun gəlir. İdeal bir üzdə üz üfüqi formada 3,şaquli formada isə 5 bərabər parçaya bölünür.Burnun üzün digər formaları ilə və burnun öz içərisində ideal nisbətləri var və əməliyyatda bu nisbətlər diqqətə alınır.Qadınlarda və kişilərdə digər üz formaları ,ölçüləri və nisbətləri fərqli olur.Məsəlçün : Nazofrontal (burun-alın) dərəcəsi 115–130º, Nazolabial (burun-dodaq) dərəcəsi 90-120º dir. Bu dərəcələrin qadınlarda daha geniş kişilərdə isə daha dar olması məqsədə uyğundur. Nəticə olaraq ideal burun estetik olaraq üzün digər hissələri ilə uyğun, təbii görünümlü,funksional və rahat nəfəs alan burundur.


