Xoanal atreziya
Xoanal atreziya burun boşluğunun arxasında yer alan və alınan havanın burundan aşağı tənəffüs yollarına keçməsini təmin edən posterior nasal aperture (arxa burun boşluğu) deyilən bölgənin tıxanması və ya qapalı olması halıdır. Əlaqədə olduğu bölgələrdə tez-tez başqa sümük anomaliyaları və orta üz inkişafı problemləri ilə müşayiət olnur.

Burun və ağız boşluğunu ayıran və sonra da yox olmalı olan bir membranın mövcudluğunu davam etdirməsi xoanal atreziyanın niyə mövcud olduğuna dair bir açıqlamadır. Digər bir açıqlama isə o bölgədə böyümə ilə əlaqəli faktorlarda dəyişiklik səbəbi ilə kiçik və ya qapalı bir xoana yaranmasıdır. Yaranan tıxanıqlıq membran şəklində, sümük şəklində və ya hər ikisi də ola bilər.
7000 doğuşdan birində müşahidə olanan nadir bir haldır. Qız uşaqlarında daha çox müşahidə olunur və onların üçdə ikisində tıxanıqlıq tək tərəflidir.
Xoanal atreziyaya diaqnoz necə qoyulur?
Şübhə yarandıqda müayinədə 5-6 nömrəli katetr burundan ağız boşluğuna keçirilməyə çalışılır.Kateter keçirilmədiyi zaman diaqnozdan şübhələnilir. Bir başa endoskopla müayinə aparıla bilinirsə tıxanıqlığı net görmək mümkün olur. Bundan başqa kompyuter tomoqrafiyası ilə də tıxanıqlığı görmək mümkündür.
Xoanal atreziyanın müalicəsi necədir?
Təcili müalicə zamanı ağızdan körpəyə havanı asanlaşdırmaq üçün hava yolu və qidalanmanı təmin etmək ilk addımdır. Qəti müalicə bu maneənin açılmasına və yenidən qapanmasına mane olan müvəqqəti stent yerləşdirilməsidir Bu əməliyyatlar ağız içərisindən edilə biləcəyi kimi günümüzdə endoskopik yanaşma da geniş istifadə olunur. Endoskopik yanaşmada bir başa görmə ilə atreziya sahəsi açılaraq sentlənə bilər. Uğurlu cərrahi əməliyyatlardan sonra belə təkrar qapanma ola bilər. Bu zaman isə yenidən əməliyyata ehtiyac yaranır.
