Dr. MƏZAHİR QULİYEV
Həkim Otorinolarinqoloq, Tibb Elmləri Üzrə Fəlsəfə Doktoru
İş Yeri, vəzifəsi: Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təhsili:
1993-2000 Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsi;
2000-2001 F. Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanası, Qulaq-burun-boğaz xəstəlikləri şöbəsi, İnternatura;
2011 Almaniyanın Herford, Münxen və Shtutqart şəhər klinikalarında 3 aylıq Qulaq-burun-boğaz və Plastik cərrahiyə sahəsində elmipraktiki təcrübə;
2014 "22 th STUTTGART Advanced Course for Funktional and Aesthetic Rhinoplasty" kurs, Almaniya.
İş Təcrübəsi:
2002-2003 2 saylı Bakı şəhər Poliklinikas, Qulaq-burun-boğaz həkimi;
2002-2016 Akad.M.Mirqasımov adına RKX Otorinolarinqologiya şöbəsi, Qulaqburun-boğaz həkimi;
2016-indiyə kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Otorinolarinqologiya kafedrasının assistentti.
Müxtəlif zamanlarda Türkiyə, Rusiya, İtaliya və Almaniyanın bir çox məhşurklinikalarında Qulaq, Burun, Boğaz ixtisası üzrə, eləcə də Mikroendoskopik cərrahiyyəvə Lazer cərrahiyyəsi, Funksional və Estetik cərrahiyyə üzrə elmi-praktik təcrübəkeçmişdir.
Türk Kulak Burun Bogaz və Baş Boyun Cərrahiyəsi dərnəyinin, Türk FassialPlastik Cərrahiyə dərnəyinin, Türk Rinoloji dərnəyinin, Avropa Fassial Plastikcərrahiyə dərnəyinin üzvüdür.
Əsas elmi və tibbi fəaliyyəti Buun və Burun ətrafı ciblərin patologiyaları, FunksionalEndoskopik sinus cərrahiyyəsi, Rinoplastika əməliyyatları, həmçinin kəskin və xronikiqulaq-burun-boğaz xəstəliklərinin etiopatogenezi, müasir müayinə və müalicəüsullarının araşdırılmasına həsr olunmuşdur.
10 fevral 2016-cı il tarixdə Azərbaycan respublikasının Prezidenti yanında AliAttestasiya komissiyası tərəfindən Tibb Üzrə Fəlsəfə doktoru alimlik dərəcəsiverilmişdir. 9 Patentin müəllifidir.
Apardığı tədqiqatların nəticələri bir çox beynəlxalq və yerli elmi konfransda məruzəçikimi çıxış etmişdir. Yerli və beynəlxalq elmi jurnallarda çap edilmiş 30-dan artıq elmiçap işinin müəllifidir. Azərbaycan Rinoloqlarcəmiyyətinin sədridir. Azərbaycanda bir çox ilklərə imza atmışdır.
22-23 avqust 2019-cu ildə Biləsuvarda məskunlaşmış Cəbrayıl Rayon sakinlərinə 2 günlük müayinə və tibbi xidmətləri təşkil etmişdir.
Azərbaycanda ilk dəfə 2-3 iyun 2023 cü-ildə Azərbaycan Rinoloqlarının I - beynəlxaq Konqresi və Canlı cərrahiyyə Kursunu , 29-30 iyun 2024-cü ildə Azərbaycan Rinoloqlarının II – beynəlxalq Konqresi və Canlı cərrahiyə kursunu təşkil etmişdir.
30 sentyabr 2023 cü ildə Türkiyənin Ankara şəhərində Türkiyənin USEAD dərnəyi ilə birgə Beynəlxalq səviyyədə Rinoplastika, Endoskopik Sinus Cərrahiyyəsi üzrə kurs təşkil etməşdir.
Azərbaycanda ilk dəfə 6-7 dekabr 2023 cü ildə Kadavra üzərində Rinoplastika, Endoskopik Sinus Cərrahiyyəsi və Qulaq cərrahiyyəsi üzrə Beynəlxalq kurs təşkil etmişdir.
Rinoplastika və Burun cərrahiyyəsi sahəsindəki apardığı tədqiqatların nəticələri, təklif etdiyi yeni cərrahi metodikalar, cərrahi yanaşmalarla əlaqədar ölkəmizdə, həmçinin xaricdə (Türkiyə, Hindistan, Gürcüstan, Özbəkistan, Qazaxstan və s...) keçirilən bir çox konqreslərdə məruzələrlə çıxış edərək öz bilik və təcrübələrini məsləkdaşları ilə paylaşmışdır.
