Close

PhD Op.Dr.Məzahir Quliyev

Gözəl Burun, Rahat Nəfəs

dr.mezahir%lorest#az

Tonzillektomiya (damaq badamcığının kəsilməsi əməliyyatı)

Orqanizmin mikroblarla mübarizə aparması üçün ağız boşluğunda və burunun arxasında limfoid toxumlar dediyimiz toxumalar vardır. Bunlardan burnun arxasında (burun udlaqda) olana tonsilla faringea (adenoid), boğazda hər iki yan tərəfdə olana tonsilla palatina (damaq badəmcığı), dil kökündə olana tonsilla linqualis, yevstax borusu ətrafında olana tonsilla tubarius deyilir. Bunların xaricində bunlardan başqa ağız və boğazda da bir çox kiçik limfoid toxumaları vardır. Bu toxumalara Piroqov-Valdeyer həlqəsi adı verilmişdir. Bu limfoid toxumalar ağız və burun girişində orqanizmə daxil olan virus və bakteriyaları qarşılayırlar, tuturlar. Tədricən müəyyən zamandan sonra onları tanıyır və onlara qarşı anticisimlər hazırlayaraq immun sistemimizin formalaşmasını təmin edirlər. Xüsusilə badamcıq və adenoid 5-6 yaşına qədər getdikcə böyüyür sonra kiçilməyə başlayır və 11 yaşlarında yetkin bir adamdakı ölçüsünə gəlib çatırlar. Xüsusilə tez-tez keçirilən infeksiyalar və allergiyada bu toxumalar normaldan daha çox böyüyür və kiçilməz. Normalda orqanizm üçün qoruyucu olan bu toxumalar  funksiyasını həyata keçirə bilmir və ya özü bir infeksiya mənbəyi halına gəlirsə əməliyyatla aradan qaldırılması məsləhət görülür. Adenoid tez-tez (3 aydan uzun) burun tutulması, burun tıxanıqlığı, ağızı açıq yatmağa səbəb olacaq qədər böyüyərsə və kiçilməzsə tez-tez sinosit və ya orta qulaq iltihabı , orta qulaqda maye yığılmasına səbəb olursa o zaman əməliyyatla alınması lazımdır. Bəzən badamcıq və adenoid heç iltihablanmasa belə çox böyümüş və yuxu apnoesi (yuxuda ara-ara nəfəsin dayanması) səbəb olursa  yenə əməliyyat məsləhət görülür.Badamcıq və adenoid problemi olan uşaqlar ümumiyyətlə adətən iştahsızdırlar və yaşıdlarına görə böyümə və inkişafı daha yavaş olur. Əməliyyat yaşı ümumilikdə 3 yaş və üzəridir. Ancaq yuxu apnoesinə səbəb olursa çox daha erkən yaşda əməliyyat edilir. Çünki yuxu apnoesinin gətirdiyi risklər əməliyyat risklərindən daha artıqdır. Funksiyasını yerinə yetirə bilməyən badamcıq və adenoidin alınması immun sistemində  bir çatışmamazlığa gətirib çıxarmaz. Əməliyyat qərarının verilməsi üçün xəstəliyin  müddəti qədər müayinə də çox önəmlidir.

 

Badamcıq əməliyyatı(Tonzillektomiya) hansı hallarda həyata keçirilir?

Kəskin göstərişlər:

  1. Badamcıqlarin yuxarı tənəffüs yolunu tıxayacaq qədər böyük olması, ciddi udma  çətinliyi yaratması və ya ürək, ağ ciyərlərlə əlaqədar fəsadlaşmalara səbəb olması
  2. Yuxu apnoesinə səbəb olması
  3. Təkrarlayan peritonzilyar abses (badamcıq ətrafinda abses yaranması)
  4. Temperaturun qalxmasına səbəb olan badamcıq iltihabının olması
  5. Badamcıq mənşəli şiş şübhəsi
  6. Badamcıqdan qanaxmalar

 

Ümumiyyətlə Tonzillektomiya üçün göstərişlər

Təkrarlayan badamcıq iltihabları: Son 1  ildə 7 və daha artıq, son iki ildə hər il 5 və ya daha artıq, son 3 il və ya daha uzun zamandır hər bir il üç və ya daha artıq iltihablanması halında badamcığın orqanizmi qoruya bilmədiyi və özünün bilavasitə infeksiya mənbəyi olduğu düşünülür və əməliyyat olunması məsləhət görülür. Burda önəmli olan keçirilən infeksiya ataklarının bakteriya mənşəli olmasıdır. Virus mənşəli yuxarı tənəffüs yolu infeksiyalarından diferensial müqayisə olunaraq yaxşıca araşdırılmalıdır, analiz edilməlidir. Qulaq, burun, boğaz həkimi xaricində həkimlərin boğaz infeksiyası keçirir və ya boğazları qızarmış ifadəsi  bakterial badamcıq infeksiyası mövzusunda əməliyyat göstərişinin qoyulması üçün yetərli deyildir. Keçirilən infeksion hallar bu kriterlərdən bir neçəsini özündə göstərməlidir.

  1. Boğaz ağrısı, 38 dərəcədən yuxarı temperatur, boyunda böyük və həssas limfa düyünləri, badamcıq üzərində iltihab yığıntısı, boğaz yaxmasında A qrup, beta hemolitik streptakokk bitməsi
  2. PFAPA sindromu bax
  3. Dərman müalicəsinə baxmayaraq keçməyən pis dad və ağız qoxusu, dərman müalicəsinə tabe olmayan beta hemolitik streptakokk və difteriya daşıcılığı
  4. Tək tərəfli badamcıq böyüməsi (şiş şübhəsi)
  5. Digər səbəblərlə açıqlanmayan inkişaf geriliyi
  6. Boyunda limfa vəzilərlə  qalıcı böyümə (6 aydan uzun müddətli səbəb olması)
  7. Böyümüş badamcıq mənşəli danışığın pozulması
  8. Böyümüş badamcıq mənşəli xoruldama
  9. Maqma badamcıq daşları
  10. EAQLE sindromu

Tonzillektomiya ( badamcıq əməliyyatı) göstərişlərində yuxarıda sayılanlardan başqa valideynlərin bu mövzuda sıxıntısı və iş günü itirməsi, uşağın dərs günü itirməsi və keçirilən infeksiyalar müalicənin maddi ölçüləri də dəyərləndirməsi lazım olan sosial kriteriyalardır.

 

Badamcıq əməliyyatına (tonzillektomiya) əks göstərişlər nələrdir?

  1. Qanaxma diatezi (qanın laxtalanması ilə əlaqədar pozulmalar)
  2. Kontrol edilə bilməyən xroniki xəstəliklər (şəkər xəstəliyi, yüksək təzyiq kimi) və anesteziya baxımından risk görülməsi
  3. Qanazlığı
  4. Aktiv infeksiya zamanı - bu hal düzəldilmədən badamcıq əməliyyatı edilməz. Badamcıq və adenoid əməliyyatı ölkəmizdə bir çox Avropa ölkəsi və ABŞ-da uşaqlıq dövründə ən sıx edilən əməliyyatdır. Əməliyyat sıxlığı ölkələrə və eyni ölkənin fərqli bölgələrinə görə dəyişə bilir. Xroniki badamcıq və adenoid xəstəliyi olan uşaqlarda allergiya daha sıx görülür. Tərsi də doğrudur. Yəni allergik uşaqlarda xroniki tonzillit və ya adenoid xəstəliyi daha sıx rast gəlinir.

 

Badamcıq əməliyyatı necə edilir?

Badamcıq əməliyyatı (tonzillektomiya) ümumi narkoz altında həyata keçirilir. Əməliyyat öncəsində standart qaydada qan analizləri və narkoz həkiminin (anestezioloqun) dəyərləndirməsi ilə əməliyyata əngəl bir durum olub-olmadığı kontrol edilir. Əməliyyatın özü təqribən 20-30 dəqiqə sürür. Xəstənin yatması və oyanması ilə bərabər ümumi müddət 1 saatdır. Əməliyyat fərqli alətlər və ya metodlarla həyata keçirilir. Bunlar klassik disseksiya yöntəmi (soyuq bıçaq) metodu, elektro kauter (monopolyar, biopolyar), radiofrekans, harmonik skalpel, mikro debrider, lazer olaraq sayıla bilər. Klassik yöntəm xaricində əməliyyat əsnasında qanaxma daha az və əməliyyat  sürəsi daha qısa olurkən əməliyyat sonrası qanaxma ehtimalı baxımından  fərq yoxdur. Ayrıca klassik  yöntəm xaricində əməliyyat maliyyəti armaqdadır. Hansı ünstrument istifadə olunarsa olunsun nəticədə edilən prosedur badamcıq toxumasının tamamilə kapsulla birlikdə çıxardılmasıdır.

 

Badamcıq (tonzil) kiçildilməsi nədir?

Əgər badamcıq böyüməsi (hipertrofiyası) zamanı  təkrarlanan badamcıq iltihabları müşahidə olunmursa belə hallarda Tonzil kiçildilmə əməliyyatı icra edilir. Bu məqsədlə  koblasiya, harmonik skalpel (Termal Welding), radiofrekans, mikro debrider kimi alətlər istifadə olunur. Bu metodlarda bütün badamcıq toxuması alınmır. Üstünlükləri geridə frankfunksiyasına görə badamcıq toxumasının qalması, əməliyyat sonrası ağrının daha az olması və sağalmanın daha sürətli olmasıdır. Çatışmayan cəhəti isə əməliyyatdan sonra qanaxmanın da sıx olması, təkrarlayan badamcıq infeksiyalarının ola bilməsi və geridə qalan badamcıq toxumasının təkrar böyümə ehtimalıdır.

 

Badamcıq əməliyyatından sonrakı dövr və qidalanma

Adətən əməliyyatdan sonra 5-6 saatlıq nəzarət olunur. Sonra xəstə kontrol edilərək evə yazılır. Ancaq qanaxma riski olduğu düşünülən ağızdan qidalanması yetərli olmayan, xəstəxanaya uzaq bir yerdə yaşayan, yuxu apnoesi və ya pretonzilyar abses səbəbi ilə əməliyyat edilən, 3 yaşından kiçik olan xəstələr ən az 1 gecə yatırlar. Əməliyyat sonrası badamcıqların alındığı yerdə ağ bir örtük yaranmağa başlayır. Bu  təbəqə əslində sağalma toxumasıdır. İltihab düşünülməməlidir, irin deyildir. Bu ağ örtüyün altında toxuma sağaldıqca ağarma bitir və normal ağız içindəki rəngə dönür. Bu müddət ortalama 10 gün sürür. Bu müddətdə xüsusilə udqunarkən boğaz ağrısı, bəzən qulağa vuran ağrılar ola bilir. Ağrıkəsici siroplarla əksərən aradan qalxır.

Əməliyyat sonrasında soyuq və yumuşaq qidalardan başlayıb ilıq və qatı qidalara keçmək şəklində bir diet həyata keçirilir. İlk üç gün soyuq süd, dondurma, muhallebi, dənəsiz sup, meyvə suyu və su kimi qidalar məsləhətdir. Əməliyyat sonrasında servis tibb bacıları tərəfindən diet listesi verilir. Mütləq bol maye alınmalıdır. Əməliyyatdan sonra yüngül hərarət görülə bilir. Yetərli maye alınması və qızdırma salıcı ilə ümumilikdə normala dönür. Çox böyük badamcıqlərı olan uşaqlarda əməliyyat sonrasında səsdə keçici incəlmə ola bilir. Dərsə gedən uşaqlarda 1 həftə və ya 10 gün istirahət məsləhət görülür.

 

Əməliyyatın fəsadlaşmaları nələrdir?

  1. Qanaxma- tonzillektomiya əməliyyatından sonra 2-3% hallarda rast gələ bilir. Böyük əksəriyyəti ilk 24 saatda görülür. Nadirən 0,4% (7-10-cu günlərdə) ola bilir. Lokal müdaxilələrlə saxlanıla bilməyən qanaxmalara təkrar əməliyyatxanaya götürüb müdaxilə ehtiyacı ola bilir
  2. Ağrı
  3. Susuzlaşma
  4. Bədən çəkisinin azalması
  5. Qızdırma
  6. Hava yolu ödemi və tıxanıqlığı
  7. Ağız içi toxumalarda lokal travma
  8. Dil ödemi
  9. İnfeksiya
  10. Badamcıq toxumasının tam alınmamış və ya dil kökü badamcığının böyüməsi
  11. Səs dəyişiklikləri
  12. Çənə oynağı problemləri
  13. Psixoloji travma
  14. Anesteziya ilə bağlı  fəsadlaşmalar ola bilir.