Odontogen haymorit
Odontogen haymorit haymor boşluğunun dişin hesabına yaranan iltihabıdır. O ağız boşluğunun iltihabı nəticəsində yaranır. Bu isə o deməkdir ki, iltihabın yaranmasında iştirak edən mikroorqanizmlər ağız boşluğundan dişin yerindən keçir.
Odontogen haymoritin yaranma səbəbləri bunlardır:
- Travmatik diş xaric etmə, dişin daxilində müalicə (plomblama –plomb haymor boşluğuna keçə bilir)
- Diş ətrafındakı iltihab
- Kistanın irinləməsi
- İkinci kiçik azı, birinci və ya ikinci böyülk azı dişinin kəskin iltihabı və ya xroniki iltihabın kəskinləşməsi
Odontogen haymoritin kəskin mərhələsində kliniki şəkli və şikayətlər:
- Bir tərəfli burun tutulması və ağırlıq hissi
- Proses gedən hissədən irin gəlməsi
- Yanaq və ya göz altı hissələrdə zəif ağrılar (bu ağrılar bəzən üzün bir tərəfində müşahidə olunur)
- Baş ağrısı, tempratur, yuxu pozğunluğu
Xroniki mərhələdə olan şikayətlər isə bunlardır:
- Periodik olaraq ağrı hissi, yanaq və gözaltı nahiyədə ağırlıq hissi, burundan birtərəfli axıntı müşahidə olnur. Xəstə anamnezi dediyi zaman görünür ki, əvvəllər bu xəstələrə kəskin haymorit diaqnozu qoyulub
- Burun boşluğunda irin, polipoz törəmələr görünür
Diaqnozu təsdiqləmək üçün burun ətrafı ciblər CT ( kopüter tomoqrafiyası) müayinə olunur. Dişin rentgen müayinəsi zamanı prosesə səbəb olan dişdə periodontit aşkarlanır. Müalicədə ilkin olaraq iltihab mənbəyini likvidasiya etmək məqsədi ilə səbəbkar diş xaric edilir. Sonra sinuslara antiseptik, antibiotik və ferment vurulur. Xəstəyə damar daraldıcı burun damcısı (otrivin) təyin olunur. Lazım gələrsə fizioterapiya və ya cərrahi müalicə tətbiq olunur. Cərrahi müalicə ESC hesabına burun içərisindən həyata keçirilir.
