Close

PhD Op.Dr.Məzahir Quliyev

Gözəl Burun, Rahat Nəfəs

dr.mezahir%lorest#az

FESC (funkisiyonal endoskopik sinus cərrahiyəsi)

Endoskopik sinus cərrahiyyəsi (ESC) nədir?

Endoskop ucunda işıq və optik linzalar olan bunun sayəsində bir ucundan baxıldığında digər ucunda monitorda görüntünü birbaşa görmək imkanı yaradan alətlərdir.Qulaq burun boğaz başda olmaqla qastroenterologiya(mədə bağırsaq), urologiya, ortopediya, ümumi cərrahiyyə, ginekologiya, döş qəfəsi cərrahiyyəsi kimi bir çox ixtisas sahələrində fərqli qalınlıq və uzunluqda endoskoplar itsifadə olunur. Qulaq burun boğazda adətən 4mm, 2.7mm diametrli endoskoplar istifadə olunur. Endoskopun ucundakı linzanın yerləşməsinə görə 0˚,30˚,45˚,90˚,120˚ bucaqlı endoskoplar vardır.

fesc-1

Endoskoplar burun içərisində bir başa görə bilmədiyimiz qaranlıq, nahiyyələrin və patoloji toxumaların aydın bir şəkildə görünməsini təmin edirlər.

Endoskoplar kamera sistemilə birləşdirilir görüntü eyni zamanda monitora  bir başa verilir. Görüntülər böyüdülə bilir və HD keyfiyyətində qeyd edilə bilir.

Endoskoplardan istifadə olunaraq burun ətrafındakı boşluqlarda aparılan əməliyyatlara endoskopik sinus cərrajiyyəsi (ESC) deyilir.

Uzun illərdən bəri bütün dünyada və bizim ölkədə geniş olaraq  həyata keçirilməkdədir.

 

Endoskopiya və endoskopik sinus cərrahiyyəsi hansı vəziyyətlərdə həyata keçirilir?

Endoskoplar burun, burun ətrafı ciblər, onların qonşuluqları ilə əlaqələnən bir çox xəstəliklərin müayinə və cərrahi müalicəsində istifadə olunmaqdadır.

Bunlar aşağıdakılardır.

  1. Xroniki (dərman müalicəsinə tabe olmayan)  sinusitlərin (Haymorit, etmoidit, frontit, sfenoidit)  müalicəsi
  2. Burun polipi
  3. Antraxoanal polip
  4. Burun ətlərinin kiçildilməsi
  5. Burun ətrafı ciblərdə kista
  6. Burun və burun ətrafı ciblərin şişləri
  7. Beyin onurğa beynin mayesi axması (likvorreya), orbital dekompressiya, optik sinir dekompressiyası (göz sinirinin təzyiqdən sıxılmaqdan qurtulıması əməliyyatı)
  8. Dakriosistorinostomiya (tıxanmış göz yaşı kanalının açılması), xoanal atreziyanın aradan qaldırılması.Burundan yad cismin çıxarılması, burun qanaxması kontrolu, hipofiz vəzi şişləri, beyin əsası cərrahiyyəsi. Endoskopik septoplastika, yevstax borusu problemləri.

 

ESC-nin stünlükləri nələrdir?

Endoskoplar sayəsində burun və üzdə hər hansı bir kəsik aparmadan, tamamən burun içərisində əməliyyat edilir. Ayrıca kllasik üsullarla gedib çata bilmədiyimiz və ya yaxşı görə bilmədiyimiz bölgələri endoskoplarla çox rahat görə bilirik və ora gedib çata bilirik.   

fesc-4

Sağlam toxumalara zərər vermədən sadəcə xəstəlikli toxumalara yönəlik cərrahi müdaxilə imkanı əldə edilə bilməkdədir. ESC sayəsində sağlam toxumaları xəstəlikli toxumalardan görərək ayırd etmək mümkündür,ona görə də sağlam toxumalaı qorumaq mümkün olur.Əməliyyatın sonunda burun boşluğuna uzun tamponlar yerinə əriyə bilən və qanaxmanı saxlayan (hemostatik) süngərlər

fesc-5

Endoskopik cərrahiyə ilə həm fəsadlaşma riskləri azlmaqda, həm də sağalma müddəti qısalmaqdadır.Əməliyyatdan sonrakı dövr daha rahat və ağrısız keçir, pasiyentlər öz iş fəaliyyətlərinə daha qısa zamanda başlaya bilirlər.

 

Endoskopik sinus cərrahiyəsi necə edilir?

Əməliyyat ümumi anesteziya, lokal anesteziya və venadaxili sedasiya dediyimiz tam yuxuya verilmədən edilə bilir.Anesteziyanın növünün seçimində aparılacaq əməliyyatın müddəti, onun həcmi, riskləri, xəstənin istəyi önəmlidir,

Məsələn, yayılmış burun polipi və ya şiş oluğu halda ümumi anesteziya məsləhət görülərkən, burunda yad cisim və ya burun çəpərində daraq çıxıntı varsa onun düzəldilməsi üçün yerli anesteziya ilə də bu əməliyyat həyata keçirilə bilər. Əməliyyat öncəsində anestezioloq pasiyenti müayinə edir və bəzi müayinələr və analizlər olunur. Əməliyyata mane olacaq və risqli halların olub-olmadığı dəyərləndirilir.Əməliyyat öncəsində xəstənin komputer tamoqrafik (burun ətrafı ciblərin kamputer tamoqrafiyası) müayinəsi aparılır və əməliyyatxanada cərrahın istədiyi zaman görə biləcəyi yerə asılır.Əməliyyat əsnasında həmin komputer tomoqrafik müayinədən əldə olunmuş nəticələrə əsasən əməlliyyat həyata keçirilir.Əməliyyat əsnasında lazım olduqda burun içiərisndəki yerimizi kontrol etmək və fəsadlaşmalardan uzaqlaşmaq üçün komputer tomoqirafiyaya baxılır.

fesc-7

Əməliyyatda endoskop ilə burun dəliyindən girilir, endoskopik cərrahiyyə üçün inkişaf etdirilimiş həssas alətlər toxumaları rahatlıqla görərək lazım olan əməliyyat həyata keçirlir. Ediləcək proseduranın həcmi xəstəliyə və onun yayılma həcminə görə dəyişir, məsələn xroniki sinusitdə tıxalı olan sinus kanalları açılır, sağlam toxumalara zərər vermədən xəstəlikli toxumalar təmizlənir. Poliplər götürülür, nazal polipdə sağlıqlı mukozaya toxunmadan burun içi və sinusları  dolduran bütün polip toxumaları təmizlənir, şişlərdə isə şiş toxuması ilə bərabər ətrafındakı bir miqdar sağlam toxumada çıxarılır. Əməliyyatın müddəti onun həcminə görə dəyişir məsələn, xroniki sinusit diaqnozu ilə edilən əməliyyat ortalama 1.5 saat sürür.Endoskopik cərrahiyədə killassik alətlər xaricində əməliyyatın müddətini qısaldan və güvənliyini artıran xüsusi cihazlar  istifadə oluna bilir, bunlardan mikrodebrider sistemini göstərmək olar. Bu zaman toxumalar bir yandan hamarlanır, bir yandan vakuumlu sorucu ilə çəkilərək ordan uzaqlaşdırılır.Xüsusilə yayılmış nazal poliplərdə həm əməliiyyat müddəti, həm də qanaxmanı azaltmaq üçün  sıxlıqla istifadə olunur.Burun ətrafı ciblərin təbii dəlikləri genişləndirilir, havalanma təmin olunur, hemostatik süngərlər qoyularaq əməliyyat sonlandırılır.

 

Cərrahi naviqasiya sisteminin nəzarəti altında cərrahi əməliyyat

Bunu da eyni ilə  maşınlarda istifadə edilən naviqasiya cihazı kimi düşünə bilərsiniz.Naviqasiya cihazı daim olduğunuz yeri göstərir, endoskopik sinus cərrahiyyəsində naviqasiyon sistemi isə burun içində istifadə etdiyiniz cərrahi alətlərin yerini 3 ölçülü olaraq gorə bilirik. Elektromaqnitik və optik ifraqırmızı sistem olmaq üzrə 2 sistem vardır. Cərrahi naviqasiyon sistemində əməliyyat öncəsində xəstənin sinus tomoqrafiyası burun ətrafı ciblərin komputer tomoqrafiyası (1mm daha həssas olmaq uzrə) çəkilir və sistemə yüklənir. Əməliyyatda xəstənin başına özəl başlıq yerləşdirilir, bunun sayəsində  əməliyyat əsnasında cərrahi alətlərimizin yerini 1mm-dən daha həssas bir şəkildə monitorda görə bilirik. Cərrahi naviqasiyonun ən böyük faydası beyin əsası və görmə siniri və böyük damarlara yaxın xəstəlikli toxumaları təmizləyərkən bu nahiyyələrə zərər vermə risqini və dolaysıyla ciddi fəsadlaşmaların qarşısının alınmasıdır. Ənənəvi sadə sinus cərrahiyyəsində cərrahi naviqasiyon vacib deyildir. Cərrahi naviqasiyonun çatışmamazlığı isə əməliyyat öncəsi hazırlıqla əlaqədər olaraq əməliyyat  müddətini uzatması və əməliyyatın qiymətini artırmasıdır.

 

Əməliyyatdan sonraki dövrdə sağalma, yaxşılaşma necə olur və nələrə diqqət edilməlidir?

Əməliyyatdan sonra yüngül ağrı ola bilir. Elə tərzdə ağrılar olur ki, normal ağrı kəsicilərlə asanlıqla aradan qaldırıla bilir.Endoskopik cərrahiyyədə burun şəklində hər hansı bir dəyişiklik, şişlik və ya morluq olmaz, əməliyyat bitmində əməliyyat sahəsində öz özlüyündə sorulan, xüsusi süngər tamponlar qoyulur ki, onlar da, sorulur və onları çıxartmağa ehtiyac olmur. Burun dəlikləri açıq qalır və ya əgər (burun çəpəri əməliyyatı olubdursa (septoplastika) o zaman borulu silikonlar da qoyulur. Ancaq endoskopik cərrahiyə ilə bərabər rinoplastika, septoplastika, burun əti cərrahiyəsi kimi bir və ya bir neçə əməliyyat edilirsə, burun içinə yumuşaq borulu silkikonlar qoyulur. Bu silkonların ortasında boru var.Qurumuş selik və ya qan laxtası tutmadıqda burundan rahat nəfəs ala bilinir. Sadəcə  septoplastika edilmişdirsə 2-3 gün, burn balıqqulaqlarına da müdaxilə edilmişsə və ya burun estetik əməliyyatı ilə bərabər edilmişsə 5-7 gün içərisində burun içinə qoyulmuş silikonlar çıxarılır.Silikonların çıxarılması 10-15 saniyə sürür və ağrısızdır, əməliyyat olduğunuz gün xəstaxanada qala bilirsiniz. Əməliyyatdan sonra 1-2 gün burunda sızıntı şəklində qanamalar ola bilir. Sonralar bir neçə gün seliklə qarışıq axınntılar sonralar isə qabıqlanmalar olur, əməliyyatın həcminə görə 2-6 həftə müddətində sağalma davam edə bilir . Bu qabıqlanma fiziolji məhlul ilə  yumuşaldılaraq təmizlənilir. Əmliyyatdan sonra 7-10 gün müddətində istirahət məsləhət görülür, ancaq çox güc tələb etməyən bir iş görəcəksəniz və əməliyyat sonrası hər hansı bir narahtcılıq yaşamadınızsa 5 gündən sonra çalışa bilir səyahət edə bilirsiniz.