Allergik rinit. Rinolight

Xəstəliklər | Allergik rinit. Rinolight
Allergik Rinitlər

Allergik rinit (AR) – burun selikli qişasının allergen deyilən, orqanizmə yad olan maddələrə qarşı verdiyi iltihabi cavab reaksiyasıdır. Həmin maddələr hər kəsdə allergik reaksiyaya səbəb olmayıb,yalnız həmin maddələrə - allergenlərə həssaslığı olan insanlarda allergik rinitə səbəb olur.AR soyuqdəyməyə bənzər və ya qripə bənzər əlamətlərlə özünü göstərir. Soyuqdəymədən fərqli olaraq AR-ə səbəb Virus deyil allergendir. Əhali arasında AR-in rastgəlmə tezliyi böyüklərdə 10-30%, uşaqlarda 40% dək dəyişə bilir.
AR –in iki forması vardır : mövsümi və ilboyu Allergik rinitlər.
Mövsümi adından da məlum olduğu kimi mövsümlə əlaqədar olaraq yaz,yay,payız aylarında özünü göstərir. Belə ki, ağacların çiçəklənməsi, dövründə (yaz), ot-çəmən bitgilərinin (yay) və yabanı bitgilərin çiçək tozcuqlarının (polenlərin) hesabına baş verir. Buna görəd də Mövsümi AR-ə Pollinoz da deyirlər .
İlboyu davam edən AR adətən ev tozu gənələrinə (akarları), kif göbələyinə,hamam böcəyinə, tarakana və ev heyvanlarının (it, pişik) tükünə qarşı yaranmış olur.



Mövsümi AR yaşanan bölgəyə və əraziyə görə dəyişiklik göstərir. Mövsümi AR-ə yaz bahar zökəmi (riniti) yaz nezləsi, saman nezləsi də xalq arasında deyilməkdədir.
Simptomları yəni xəstənin şikayətləri asqırma, burun tutulması,burun axıntısı (1929 cu ildə kardina simptomlar olaraq qəbul edilmişdir) burunda, boğazda, damaqda qaşınma, gözlərin qaşınması (Allergik konyektivit), sulanması; burun ətrafı sinuslarda təyziq hissi, üz ağrısı, öskürək, iy və dadbilmənin pozulması kimi hallar görülə bilir.
Oxşar simptomlar soyuqdəymədə də müşahidə edilə bilir. Lakin AR-də burun axıntısı rəngsiz və daha durudur. Soyuqdəymədə isə qatı və ağ yaxud da sarı rəngli ifrazat şəkilində ola bilir.
Soyuqdəymə zamanı əlamətlər virusa məruz qaldıqdan yəni viruslu xəstə ilə kontaktdan bir neçə gün sonra görülə bilir və 5-7 gün sonra tədricən yüngülləşir AR-də isə əlamətlər məruz qaldıqdan həmən sonra müşahidə edilir və təmas davam etdikcə simptomlar vəya əlamətlər də davam edir.
AR hərhansı yaşda başlaya bilir. Ancaq uşaqlıq və gənclik dövründə ortaya çıxması daha çox rastgəlinən bir haldır.
AR-də immun sistem tənəffüs yolu ilə daxil olan və əslində zərərli olmayan bəzi maddələri orqanizmə zərərliymiş kimi yanaşaraq həmin maddələrə qarşı anormal immun cavab reaksiyası verir və nəticədə immun cisimciklər (Jg E) əmələ gətirməyə başlayırlar. Həmin allergenlərlə təmas edildiyində bu anticisimlər ilə birləşir. Bu zaman immun cisimciklərin birləşmiş olduğu mast hüceyrələr adlanan tosqun hüceyrələrdən deqranulyasiya baş verir ki, nəticədə histamin, Leykotrienlər, prostaqlandinlər və s. bir çox kimyəvi maddələr xaric olur.
Həmin kimyəvi maddələr də allergik reaksiyalar və bir çox simptomların ortaya çıxmasına səbəb olur.
AR həmin simptomların olması hesabına həyat keyfiyyətinə çox pis təsir göstərir: işgörmə qabliyyəti azalır, təhsildə davamiyyəti aşağı düşür, yuxu keyfiyyəti aşağı düşür və bununla əlaqədar problemlərə səbəb olur.
Bronxial astma olan xəstələrdə astmatik tutulmaların yaranması üçün tətikləyici faktor rolu oynayır. Həmçinin burun ətrafı ciblərin iltihabına (sinusitlər) səbəb ola bilir. Çünki selikli qişada olan şişkinlik , ödem nəticəsində burunətrafı ciblərin təbii dəliklərində tıxanma yarandıqda sinusların havalılığı pozulur. Bu da sinusitə gətirib çıxarır.
AR uşaqlarda burun əti deyilən adenoid toxumasının böyüməsinə-hipertrofiyasına olan amillərdəndir. Həm adenoid hipertrofiyası, həm də yevstax borusunun divarındakı ödem hesabına ekusdativ otitin yaranmasına, o da eşitmə zəifliyinə gətirib çıxara bilir. Eyni zamanda qulaqda infeksion prosesin yaranmasına zəmin yaradır.
Diaqnozun qoyulmasında ən önəmli göstəricilər - xəstəliyin anamnezi, simptomları, obyektiv ( LOR həkimi tərəfindən rinoskopik müayinə) və kliniki labarator müayinələrin nəticələri, eyni zamanda dəri testləri, xüsusilə uşaqlarda qanda allergiya testlərinin nəticələri əhəmiyyət kəsb edir.
AR olan uşaqlarda 50% hallarda ailədə allergik anamnez olur. Ata və anada allergiya olduqda 68% halda 10 yaşına qədər, 85%-ində 20 yaşından öncə ilk allergiya simptomları yaranmış olur. Allergiya simptomlarının itib gəlməsi isə 10% hallarda olur və sadəcə xəstəliyin yüngül formalarında rast gəlinir.



Qulaq,burun,boğaz həkimi endoskopik müayinədə burun boşluğu selikli qişasının rənginə - solğun mavi çəhrayı,bəzən hiperemik selikli qişa, burun ətinin (konxa və ya burun balqqulağının )böyüməsi görülür. Sulu, açıq rəngli şəffaf maye, nazal sekresiyada eozunofilin artması (25%-dən artıq),serumda JgE yüksəlməsi 250 İU/L (N:O-100) kimi əlamətlər AR-in qoyulması üçün əasas verir. Bütün bu əlamətlərlə yanaşı dəri allergik sınaqlar (epikutanoz və ya intradermal) cızıq (Scratch), batırma (prick) testlər də aparıla bilir. Çox vaxt diaqnozun qoyulmasında dəri allergik sınaqların aparılması tələb olunmur. RAST (Radio Allergo Sorbent Test) da allergenə qarşı yaranan spesfik Jg E səviyyəsini ölçməyə yarayan etibarlı bir test sayılır.
Müalicə: ilk növbədə allergendən qorunma yollarına riayət etməklə başlayır. Belə ki, Polen mövsümlərində (yaz,yay,payız) qapı və pəncərələri qapalı tutmaq, palatarları bu mövsümdə çölə asmamaq (polenlər paltar,dəsmal, parça materiallara yapışa bilir), evdə, işdə, maşında filtirli kondisionerlər və havalandırma sistemləri istifadə etməli. Allergenlərin ən çox yayılmış olduğu sabah saatlarında mümkün olduqca çölə çıxmamaq, məcbur olduqda o zaman masqa, gözlük taxmalı. Həmin dövrdə bağ-bağça işlərindən uzaq durulmalıdır.Bütün tədbirlərə baxmayaraq allergenlərdən hər zaman uzaq durmaq mümkün olmaya bilər. Belə hallarda simptomları azaltmaq üçün burun spreyləri (Mometazon furoat, flutikazon, budesonid tərkibli), antihstamin tabletlər (deslorotadin, levosetrizin və s.) fayda vermədikdə intranazal antihistaminlər (Azelastin) antileykotrienlər (Montelukast), dəniz suyu kimi tanınan duzlu məhlullar (Cleanose, nosemarin və s.) preparatlar həkim məsləhəti və nəzarəti altında qəbul edilməsi məsləhətlidir. İlboyu allergenlərdən qorunmaq üçünsə, paltarları 60°-nin üzərində yumaq, ev havasını təmizləyən cihazlarla ev havasını təmzimləmək, adi elektirikli süpürgələr əvəzinə xüsusi hepafiltirli süpürgələr istifadə etmək, xüsusi qoruyucu yastıq, yorğan, döşək üzləri istifadə etmək, üzlükləri həftədə ən azı 1 dəfə yumaq, otağı günəşləndirmək nəmişliyi aradan qaldırmaq, ev heyvanalrı saxlamamaq (məcburi hallarda balıq saxlamaq olar).Çöldən evə gəldiyinizdə paltarları dəyişməli və duş almalı. Bu hal daha az polen(çiçək tozçuqları ) miqdarına məruz qalmağa səbəb olacaqdır.


