Close

PhD Op.Dr.Məzahir Quliyev

Gözəl Burun, Rahat Nəfəs

dr.mezahir%lorest#az

Parasentez və qulağa tüp yaxud şunt qoyulması

Qulağa tüp taxılması əməliyyatı

Bu əməliyyatda qulaq pərdəsinə iki ucu açıq çarx şəklində bir tüp taxılır. Tüpün bir tərəfi xarici, bir tərəfi isə orta qulağa açılır. Beləliklə qulaq pərdəsinin hər iki tərəfindəki təzyiqin bərabərləşdirilməsi məqsədi güdülür. Bu tüpün funksiyasını normal şəraitdə yevstax borusu həyata keçirir. Lakin yevstax brosu öz funksiyasını yerinə yetirə bilmədiyi halda və bu hal dərman və ya köməkçi manevrlərlə düzəldilə bilmədikdə qulaq pərdəsinə tüp taxılmasına ehtoyac yaranır. Qulağa taxılan tüpə təzyiq bərabərləşdirici və ya ventilyasiya tüpü adı verilir.

 

Hansı hallarda qulağa tüp taxılır?

Tüp orta qulaqda maye toplanmasına və qulaq pərdəsinin çökməsinə səbəb olan təzyiq problemlərində istifadə olunur. Belə bir hal adətən burun-udlaqda ət və ya allergik səbəblərlə bağlıdır. Bakteriyalarla bağlı olaraq orta qulaq iltihabının tez-tez təkrarlanması, orta qulaqda qanama olması və başqa səbəblərlə bağlı qulaq pərdəsinin çökmələrində də istifadə olunur. Buna əsasən uşaqlarda ehtiyac olur amma böyüklərdə də tüp taxılması ilə tez-tez qarşılaşırıq.

 

Tüp necə taxılır?

Tüp taxmaq üçün həm lokal, həm də ümumi anesteziyadan istifadə edilə bilər. Uşaqlarda çox hallarda ümumi anesteziya istifadə olunur. Mikroskop və ya endoskop nəzarəti altında  xarici qulaq kanalından girilir və qulaq pərdəsi cızılır. Bu əməliyyata parasentez adı verilir. Qulaq pərdəsinəki cızılmış hissədən orta qulaqda toplanmış maye çölə çəkilir. Tüp xüsusi alətlərlə qulaq pərdəsindəki cızılmış yerə, bir ucu xarici, bir ucu isə orta qulaqda olacaq şəkildə yerləşdirilir. Bundan sonra xəstənin qulağında xaricdən görünə biləcək hər hansı bir dəyişiklik olmur.

 

Tüp həmişə yerində qalır?

Xeyir, tüp bir müddətdən sonra çölə atılır. Bu müddət 6 ay - 1 ilə qədər uzana bilər. Nadir hallarda tüp çölə atılmır və həkimin onu çəkməsinə ehtiyac yaranır. Taxılan tüpün şəkli də, onun pərdədə qalma müddətinə təsir edir. T tüp adı verilə tüplər daha uzun müddət yerində qalır.

 

Tüp taxılması qəti həlldir?

Tüp taxılması adətən orta qulaqdakı problemi həll edir amma tüp çıxdıqdan sonra orta qulaqdakı təzyiq probleminə səbəb olan problem davam edirsə eyni xəstəlik təkrarlana bilər. Bu səbəbdən burun-udlaqdakı ət, allergiya və ya digər səbəblər də uyğun şəkildə müalicə edilməlidir. Bəzən bir neçə dəfə tüp taxılmasına ehtiyac olan və buna baxmayaraq nəticə alına bilməyən pasiyentlərə də rast gəlinir. Belə hallarda uzun müddət qalması üçün T-tüp taxılır.

 

Əməliyyatdan sonra nələrə diqqət etmək lazımdır?

Tüp taxılması əməliyyatı sonradan xəstə üçün çətinlik yaradan bir əməliyyat deyil. Xəstənin diqqətli olmalı olduğu ən vacib məsələ qulağa su getməməsinə fikir verməkdir. Bu hal iltihablara səbəb ola biləcəyindən təhlükəli ola bilər. Bunun xaricində xəstə normal həyatına davam edə bilər. Qulağına tüp taxılan xəstə müəyyən aralıqlarla həkim müayinəsinə getməlidir. Bu müayinələrin ayda 1 dəfə olması kifayətdir.